BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycan regionun liderdir"


Siyasət 14 Fev 2018 11:14:50 49 0

BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycan regionun liderdir"

Qulam İsakzai: "Azərbaycanla əməkdaşlığımızdan məmnunuq"

"Azərbaycanla əməkdaşlığımızdan məmnunuq".

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabr ayında Bakıda Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verilməsinə həsr olunan hökumətlərarası forum keçiriləcək. 

Forumda "DİM-lərin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri"nin layihəsi təqdim olunacaq. Bu Prinsiplər Azərbaycanda DİM-lərin icrasına dəstək üçün atılmalı növbəti konkret addımları əks etdirməklə yanaşı, Azərbaycanın 2018-ci ilin sentyabr ayında Bakı şəhərində keçiriləcək hökumətlərarası DİM forumuna töhfələrindən biri kimi çıxış edəcək.

"Tərəflər davamlı inkişafı təmin edəcək sənəd qəbul etməyə hazırlaşırlar. Sənədin imzalanması region ölkələri üçün yaxşı nümunə ola bilər", - o qeyd edib.

Q.İsakzai vurğulayıb ki, BMT ölkənin davamlı inkişafını dəstəkləmək üzrə böyük səylər göstərir, o cümlədən bu gün təşkil edilən seminar Azərbaycan iqtisadiyyatının inkişafına dəstək verilməsinə istiqamətlənib.

"Azərbaycan həm mexanizmlər və siyasi iradə, həm də milli agentliyin yaradılması baxımından regionun lideridir. Bu istiqamətdə doğru məqsədlər və onlara nail olmaq yolları müəyyənləşdirilir", - Q.İsakzai bildirib.

Nadir Moskvada dəbdəbəli ad günü etdi  VİDEO like
  • 14 Fev 11:12  
Şou-biznes Nadir Moskvada dəbdəbəli ad günü etdi VİDEO

Ötən gün müğənni Nadir Qafarzadənin ad günü olub.

arrow Ətraflı
Bakıda "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilir like
  • 14 Fev 11:10  
İqtisadiyyat Bakıda "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilir

Məmməd Musayev: "Azərbaycan sahibkarları adından prezident seçkilərində

arrow Ətraflı
Yaponiyada qar 15 nəfərin həyatına son qoydu like
  • 14 Fev 11:05  
Digərləri Yaponiyada qar 15 nəfərin həyatına son qoydu

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü q

arrow Ətraflı
Kadir İnanır ikinci dəfə əməliyyat olunacaq like
  • 14 Fev 11:03  
Digərləri Kadir İnanır ikinci dəfə əməliyyat olunacaq

Beyin əməliyyatı keçirən "Yeşilçam" ulduzu Kadir İnanırdan x

arrow Ətraflı
Azərbaycanda bu bankın rəhbərliyində dəyişikliklər gözlənilir like
  • 14 Fev 11:02  
Digərləri Azərbaycanda bu bankın rəhbərliyində dəyişikliklər gözlənilir

Məsələ fevralın 22-də bankın səhmdarlarının yığıncağında müzakir

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb  FOTO like
  • 14 Fev 11:00  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb FOTO

Fevral ayının 14-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur like
  • 14 Fev 10:58  
Digərləri Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-201

arrow Ətraflı
Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib (FOTO) like
  • 14 Fev 10:57  
Digərləri Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib (FOTO)

Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisini qə

arrow Ətraflı
“Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər like
  • 14 Fev 10:52  
İqtisadiyyat “Gəncəbank”ın vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər

Onların ümumi dəyəri 13 mln. manatdan çox olan əmlakı üzərində həbs q

arrow Ətraflı