Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adları açıqlanıb - SİYAHI


Siyasət 14 Fev 2018 10:31:26 45 0

Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adları açıqlanıb - SİYAHI

Şöbə müdiri: "Dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Prezidentin Fərmanı ciddi rol oynayacaq"

Azərbaycan Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adları açıqlanıb.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov həmin şirlkətlərdən “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013", “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK-nın adını çəkib: "Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olmuşdur və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır.

Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.

Burada adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılmış, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb edilmişlər. Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilmiş, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılmışdır. Həmçinin qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilmiş, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməmişdir.

Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş, 300-dək şəxs zərərçəkmiş qismində tanınmışdır. Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.

Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq".

İntim münasibət zamanı ölüm hadisəsi  FOTO like
  • 14 Fev 10:31  
Dünya İntim münasibət zamanı ölüm hadisəsi FOTO

Qız oğlanla "Fifty Shade of Grey" səhnələrini gerçəkləşdirdi, oğlan d

arrow Ətraflı
Hiquain Çempionlar Liqasının tarixinə düşdü like
  • 14 Fev 10:27  
İdman Hiquain Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının 1/8 finalında "Tottenhem" ilə oyunda iki

arrow Ətraflı
İstanbulun sərgi mərkəzində yanğın oldu like
  • 14 Fev 10:27  
Dünya İstanbulun sərgi mərkəzində yanğın oldu

Türkiyənin İstanbul şəhərində "CNR Expo" sərgi mərkəzində y

arrow Ətraflı
Güzəştli mənzil almaq istəyən alimlər üçün fürsət like
  • 14 Fev 10:21  
Digərləri Güzəştli mənzil almaq istəyən alimlər üçün fürsət

"Güzəştli mənzil" sistemində "ən azı 3 il elmi vəzifədə

arrow Ətraflı
Bakıda daha bir avtobus marşrutunda ödəniş kartla ediləcək like
  • 14 Fev 10:18  
Digərləri Bakıda daha bir avtobus marşrutunda ödəniş kartla ediləcək

Paytaxtda daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödəni

arrow Ətraflı
Deputat Heydər Əliyevin adının Qaradağ rayonuna verilməsi təklifini əsaslandırdı like
  • 14 Fev 10:15  
Digərləri Deputat Heydər Əliyevin adının Qaradağ rayonuna verilməsi təklifini əsaslandırdı

Aydın Hüseynov Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adın

arrow Ətraflı
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib like
  • 14 Fev 10:09  
Digərləri Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib.

arrow Ətraflı
Karateçilərimiz İspaniyadan əliboş dönür like
  • 14 Fev 10:09  
İdman Karateçilərimiz İspaniyadan əliboş dönür

İspaniyanın Qvadalaxara şəhərində 82 ölkədən 1354 idman&cce

arrow Ətraflı
Flora Kərimova 30 yaş cavanlaşdı  VİDEO  FOTO like
  • 14 Fev 10:06  
Şou-biznes Flora Kərimova 30 yaş cavanlaşdı VİDEO FOTO

Xalq artisti Flora Kərimova da xarici görünüşündə dəyişiklik edən qad

arrow Ətraflı
BakıKart sisteminə qoşulan marşrut xətlərinin sayı 22 oldu like
  • 14 Fev 10:00  
Digərləri BakıKart sisteminə qoşulan marşrut xətlərinin sayı 22 oldu

Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəs

arrow Ətraflı
Zaur bu məşhur müğənnini uşaqlarının kirvəsi etdi  VİDEO  FOTO like
  • 14 Fev 09:54  
Digərləri Zaur bu məşhur müğənnini uşaqlarının kirvəsi etdi VİDEO FOTO

Dünən "5/5" verilişinin qonağı olan Vasif Məhərrəmli Zaur Kama

arrow Ətraflı