Azərbaycan Prezidenti: Tikinti sahəsinə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər


Siyasət 13 Fev 2018 19:01:00 306 0

Azərbaycan Prezidenti: Tikinti sahəsinə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər

Tikinti sahəsinə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident İlham Əliyev Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğuladı, Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini bildirdi. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlətimizin başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirdi. "Bu baxımdan bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər", - deyən Prezident İlham Əliyev vurğuladı ki, qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb.