Beynəlxalq Muğam Mərkəzində "Ezop" qəhrəmanlıq komediyası nümayiş olundu


Kriminal 13 Fev 2018 18:46:00 334 0

Beynəlxalq Muğam Mərkəzində "Ezop" qəhrəmanlıq komediyası nümayiş olundu

Fevralın 12- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( "Sabah" qrupu) -aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri tərəfindən  Gilyerme Fiqeyredonun "Ezop" qəhrəmanlıq komediyası nümayiş olunub.

Tamaşa, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində reallaşıb.

1915-ci ildə Braziliyada doğulan Gilyerme Fiqeyredo yaradıcılığına 1940-cı ildən teatr və ədəbiyyat tənqidçisi kimi başlayıb.1948- ci ildə ilk pyesini-"Ledi Qodiva"komediyasını və "Ümumi tətil" dramını, 1952- ci ildə o  özünün ən məhşur əsəri "Ezop" komediyasını  yazmışdır.

Onun  bir çox pyesləri qədim yunan mifləri və süjetləri əsasındadır. Ezop məşhur Yunan şairidir. O,bizim eramızdan əvvəl VII əsrdə yaşamışdır.

Tamaşanın quruluşçu rejissoru,Xalq artisti Cənnət Səlimova,  musiqisi isə Cahangir Zülfüqarovundur. Anşlaqla keçən səhnə əsərində Ezop obrazını - Hilal Dəmirov, Kleyanı-Sevgin Rzayeva, Ksanfı-Corc Qafarov, Melitanı - Könül  Ələkbərova, Kapitanı -Orxan İsgəndərli, Həbəşi -Məhəmməd Musayev canlandırıb.

Əsərin obrazlarını  canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri, əsərin məzmununa uyğun qurulan səhnə dekoru tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılandı.


Xəbərə aid fotolar