İşdən qovulan müstəntiq ifadə verdi: “Yol polisləri dedi, sürücü yoxdur”


Kriminal 13 Fev 2018 12:14:00 301 0

İşdən qovulan müstəntiq ifadə verdi: “Yol polisləri dedi, sürücü yoxdur”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə müstəntiq Vüqar Abbasov şahid qismində ifadə verib. 

İlk başda bu iş V.Abbasovun icraatında olub. O isə qəzanı R.Rəhimovun törətdiyini bilsə də, işi başqa istiqamətdə aparıb və qəzanı ailənin sürücüsü Əmrulla Şahbazovun törətdiyinə dair ifadələr alıb. Daha sonra buna görə vəzifəsindən qovulub. 

O, məhkəmədə ifadə verərək deyib ki, məlumat daxil olan kimi hadisə yerinə gedib: "Mən ora çatanda maşının nömrəsi üstündə yox idi, baqajdan çıxdı. Yol polislərindən soruşdum, dedilər sürücü yoxdur.