Özünü qumbaranın üstünə atıb döyüş yoldaşlarını xilas edən QƏHRƏMAN
Digərləri 10 Yan 2026 12:26:00 75 0
"Bizimləsən" verilişinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı olan qəhrəman döyüşçü olub.
Bu xəbəri də oxu: “O, yumruqtəpiklə hücum etdi” AZAL bələdçisi həmin hadisədən DANIŞDI
Son.az xəbər verir ki, o, studiyada döyüş zamanı yaşadığı ən çətin və taleyüklü anı xatırlayaraq hər kəsi kövrəldən açıqlamalar verib.
Qəhrəman əsgər bildirib ki, döyüş yoldaşları ilə birlikdə olduqları mövqeyə düşmən tərəfindən əl qumbarası atılıb. Həmin an saniyələr içində qərar vermək məcburiyyətində qalıb:
"Döyüş yoldaşlarımla olduğumuz əraziyə əl qumbarası atdılar. O an ani qərar verməli idim. İcazə verə bilməzdim ki, yoldaşlarım xəsarət alsın, 20-30 evə şəhid xəbəri getsin. Ona görə tək özüm şəhid olmağı üstün tutdum. Qumbaranın üzərinə atıldım, partlayış oldu..."
Onun sözlərinə görə, partlayışdan sonra şok vəziyyətinə düşüb. Hətta bir çoxları onu şəhid bildiyini də deyib:
"Partlayışdan sonra şoka düşmüşdüm. Məni şəhid bilənlər var idi. Heç bir səs eşitmirdim".
Qəhrəman döyüşçünün bu fədakarlığı sayəsində döyüş yoldaşlarının həyatı xilas olunub. Hərbçimizin Vətən uğrunda göstərdiyi şücaət studiyada böyük emosional təsir yaradıb və alqışlanıb.
Qeyd edək ki, II Qarabağ müharibəsində belə igidlik nümunələri göstərən qəhrəmanlarımızın hər biri xalqımızın qürur mənbəyidir.
Musa Son.az
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva paylaşımı
Əməkdar artist Könül Kərimovanın villasından görüntülər yayımlanıb
Gəncədə 35 yaşlı qadın yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb
"Yanvarın 8-də Bakıda "Gülüstan" sarayında "Xızı-Ab�
Yerə ən yaxın olan üç planetin - Merkuri, Venera və Marsın paradı yanvar
Qanunsuzluq aradan qaldırıldı
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ağ Evdə Kolumbiya Prezidenti Q
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyi
Astroloqların proqnozlarına görə, 2026-cı il bəzi bürclər üçün həm r
Rusiyanın Kamçatka diyarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və �
Sevilən teleaparıcı Afaq Gəncəli son görünüşü ilə diqqət mərkəzin�
ABŞ-ın Avropadakı müttəfiqləri geri qalır və digər dövlətlərdə qorx
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
