Bakıda piyada səkisini parkinqə çevirmək istədilər BŞİH hərəkətə keçdi
Digərləri 10 Yan 2026 11:37:00 70 0
Qanunsuzluq aradan qaldırıldı
Bu xəbəri də oxu: Masazırda yaşayış binasında yanğın Sakinlər təxliyə olundu
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakı şəhərində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Son.az xəbər verir ki, bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.
Lakin görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar Baki Şəhər İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.
Bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. Sözügedən ərazidə inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb. Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki burada piyada səkisini ləğv edərək parking ərazisinə giriş təşkil etməyə cəhd göstərilmişdir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.
Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Baki Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitoringlər keçirilərək bu kimi negativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir.
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ağ Evdə Kolumbiya Prezidenti Q
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyi
Astroloqların proqnozlarına görə, 2026-cı il bəzi bürclər üçün həm r
Rusiyanın Kamçatka diyarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və �
Sevilən teleaparıcı Afaq Gəncəli son görünüşü ilə diqqət mərkəzin�
ABŞ-ın Avropadakı müttəfiqləri geri qalır və digər dövlətlərdə qorx
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
İranda yerli valyutanın devalvasiyası fonunda başlayan etirazlarda ölənlə
Xəbər verdiyimiz kimi, Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyi
Dünyaca məşhur aktrisa Ancelina Colinin səhhətində ciddi problemlər yaran
Müğənni Röya Ayxanın oğlu Hüseyn Cəlilov üç ali məktəbə qəbul olun
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə yeni rəis t
