Kamaləddin Qafarov: “Azərbaycanın enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb”


Digərləri 10 Yan 2026 11:48:00 79 0

Kamaləddin Qafarov: “Azərbaycanın enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb”

"Yanvarın 8-də Bakıda "Gülüstan" sarayında "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər".

Son.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq fəaliyyətə başlayan 240 meqavat gücündə bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək, ümumi sosial-iqtisadi inkişafa mühüm töhfə verəcəkdir. "Qlobal miqyasda enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri ilə mübarizənin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın bərpaolunan enerji mənbələrinə əsaslanan layihələrə önəm verməsi dövlət siyasətinin uzaqgörənliyini və məsuliyyətini aydın şəkildə nümayiş etdirir. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası təkcə yeni generasiya gücü deyil, eyni zamanda ölkənin "yaşıl enerji" gündəliyinin real nəticəyə çevrilməsinin bariz nümunəsidir."       

Millət vəkilinin fikrincə, layihənin Səudiyyə Ərəbistanının "ACWA Power" kimi dünyada aparıcı enerji şirkətlərindən biri tərəfindən icra olunması Azərbaycanın beynəlxalq investisiya mühitinə olan yüksək etimadın göstəricisidir: "Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya "ACWA Power"in Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsidir, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı geniş planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyət daşıyan layihənin  də məhz bu şirkət tərəfindən icra ediləcək olması, əməkdaşlığın təkcə enerji sektoru ilə məhdudlaşmadığını, daha geniş iqtisadi və ekoloji hədəfləri əhatə etdiyini göstərir. Bu cür layihələr Azərbaycanın regionda innovativ və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Dövlət başçısının öz çıxışında xüsusi vurğuladığı məqamlardan biri də son 20 ildə Azərbaycanın enerji sisteminin əsaslı şəkildə modernləşdirilməsi və yenilənməsidir. Bu dövr ərzində generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin tamamilə yenidən qurulması nəticəsində ölkənin enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb. Generasiya güclərinin əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavata çatması tarixi rekord olmaqla yanaşı, həm də gələcəyə hesablanmış strateji planların nəticəsidir. Qarşıdakı illərdə yeni bərpaolunan enerji layihələrinin reallaşması bu göstəricinin daha da yüksələcəyini şərtləndirir.

Bu isə Azərbaycana həm artan daxili tələbatı tam şəkildə ödəmək, həm də elektrik enerjisinin ixracını genişləndirməklə regional enerji mərkəzi statusunu daha da gücləndirmək imkanı yaradacaqdır".

Yerə ən yaxın üç planetin paradı olacaq like
  • 10 Yan 11:38  
Dünya Yerə ən yaxın üç planetin paradı olacaq

Yerə ən yaxın olan üç planetin - Merkuri, Venera və Marsın paradı yanvar

arrow Ətraflı
"Kolumbiya prezidenti ilə bu tarixdə görüşəcəyəm" like
  • 10 Yan 11:23  
Dünya "Kolumbiya prezidenti ilə bu tarixdə görüşəcəyəm"

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ağ Evdə Kolumbiya Prezidenti Q

arrow Ətraflı
Elşad Miraləmə yeni vəzifə verildi like
  • 10 Yan 11:18  
Digərləri Elşad Miraləmə yeni vəzifə verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyi

arrow Ətraflı
Bu BÜRCLƏR 2026cı ildə sevgi, həm də pul like
  • 10 Yan 11:08  
Digərləri Bu BÜRCLƏR 2026cı ildə sevgi, həm də pul

Astroloqların proqnozlarına görə, 2026-cı il bəzi bürclər üçün həm r

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 10 Yan 11:06  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Afaq 1 aya arıqlayıb, "iynəyə sap oldu" like
  • 10 Yan 10:53  
Şou-biznes Afaq 1 aya arıqlayıb, "iynəyə sap oldu"

Sevilən teleaparıcı Afaq Gəncəli son görünüşü ilə diqqət mərkəzin�

arrow Ətraflı
Ana və oğlu qazdan zəhərləndi like
  • 10 Yan 10:50  
Digərləri Ana və oğlu qazdan zəhərləndi

Tərtərdə ana və oğlu qaz sızmasından zəhərlənib.

arrow Ətraflı
"Putin Avropadan deyil, məndən qorxur" like
  • 10 Yan 10:39  
Dünya "Putin Avropadan deyil, məndən qorxur"

ABŞ-ın Avropadakı müttəfiqləri geri qalır və digər dövlətlərdə qorx

arrow Ətraflı
İranda ölənlərin sayı 65ə çatdı like
  • 10 Yan 10:35  
Dünya İranda ölənlərin sayı 65ə çatdı

İranda yerli valyutanın devalvasiyası fonunda başlayan etirazlarda ölənlə

arrow Ətraflı
Ancelina Colinin səhhəti pisləşdi like
  • 10 Yan 10:04  
Şou-biznes Ancelina Colinin səhhəti pisləşdi

Dünyaca məşhur aktrisa Ancelina Colinin səhhətində ciddi problemlər yaran

arrow Ətraflı
Röya oğlu 3 nüfuzlu universitetə birdən qəbul olundu like
  • 10 Yan 09:44  
Şou-biznes Röya oğlu 3 nüfuzlu universitetə birdən qəbul olundu

Müğənni Röya Ayxanın oğlu Hüseyn Cəlilov üç ali məktəbə qəbul olun

arrow Ətraflı