Evdəki partlamağa hazır bombalar: Hansı cihaz nə dərəcədə risk daşıyır?


Digərləri 10 Yan 2026 00:42:00 93 0

Evdəki partlamağa hazır bombalar: Hansı cihaz nə dərəcədə risk daşıyır?

Gündəlik həyatımızda məişət texnikalarını sadəcə köməkçi vasitələr kimi görsək də, əslində hər biri özünəməxsus ciddi risklər daşıyır. Çox vaxt qutusundan çıxarıb birbaşa elektrik şəbəkəsinə qoşduğumuz bu cihazların təlimat kitabçalarını oxumamağımız evlərimizi potensial risk sahəsinə çevirir. Elektrik enerjisinə görə yüksək istilik istehsal edən hər bir cihaz ehtiyatsız davrandıqda böyük bir təhlükə mənbəyinə çevrilə bilər.

Son.az xəbər verir ki, xüsusilə qış aylarında həyatımızı asanlaşdıran paltarqurudan maşınlar işləyərkən çox yüksək temperatura çatır. Bu istiliyin təsiri ilə maşının filtrlərində yığılan kiçik toz və lif parçaları (hav) barıt qədər yanıcı ola bilir. Əgər bu filtrlər mütəmadi təmizlənməzsə, hava axını kəsilir və daxili temperatur nəzarətsiz şəkildə artır. Statistikaya görə, bu növ cihazlardan qaynaqlanan yanğınların əksəriyyəti məhz bu kiçik detalın laqeyd qalması səbəbindən baş verir.

Əlavə qızdırıcı vasitələr şəbəkədən çox yüksək cərəyan çəkir. Bu cihazları birbaşa divardakı rozetkaya taxmaq əvəzinə çoxlu rozetkalardan (udlinnitel) istifadə etmək naqillərin qızmasına və yanğına səbəb olur. Bundan əlavə, qızdırıcıların pərdə, yataq dəsti və ya mebellərə çox yaxın yerləşdirilməsi saniyələr içində fəlakətlə nəticələnə bilər. Cihazın ətrafında istiliyin paylanması üçün mütləq boş məsafə saxlamaq həyati əhəmiyyət kəsb edir.

Kofe maşınları ilə bağlı təhlükə təkcə elektriklə bağlı deyil. Daim nəm və isti olan bu mexanizmlər bakteriya və kif göbələklərinin inkişafı üçün ideal mühitdir. Baxımı və təmizliyi vaxtında edilməyən maşınlar ciddi mədə-bağırsaq xəstəliklərinə yol aça bilər. Həmçinin cihazda yaranan ərp (kalsium yığıntısı) həm qəhvənin keyfiyyətini aşağı salır, həm də süzgəc sistemini korlayaraq dolayı yolla sağlamlığımıza zərər verir.

Kiçik və zərərsiz görünən tosterlərin dibində toplanan çörək qırıntıları dəfələrlə yüksək temperatura məruz qaldıqda alışmağa meylli olur. Araşdırmalar göstərir ki, bu cihazlar işləyərkən havaya mikroskopik metal hissəcikləri də yaya bilər. Ən böyük səhvlərdən biri isə tosterin içində qalan çörəyi metal çəngəl və ya bıçaqla çıxarmağa çalışmaqdır; bu həm elektrik vurması, həm də cihazın daxili sisteminin zədələnməsi deməkdir.

Ev yanğınlarının ən böyük səbəbi olan sobalarda yığılan yağ və yemək qalıqları yüksək temperaturda asanlıqla alovlana bilər. Son illər populyarlaşan induksiya plitələri isə çox sürətlə qızdığı üçün xüsusilə yağlı yeməklərin anidən parlamasına səbəb olur. Qaz plitələrində isə sızma və açıq alov riski hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Lalə Qüdrətova Son.az

“Mən ciddi musiqi ilə məşğul olanda, sən məktəbə hazırlığa gedirdin” like
  • 10 Yan 00:39  
Şou-biznes “Mən ciddi musiqi ilə məşğul olanda, sən məktəbə hazırlığa gedirdin”

Müğənni Pərvin Lətifovla aprıcı Zaur Nəbioğlu arasında gərginlik yaş

arrow Ətraflı
Tərtərdə minik avtomobili traktorun kotanına çırpıldı  ölən var  VİDEO like
  • 10 Yan 00:35  
Digərləri Tərtərdə minik avtomobili traktorun kotanına çırpıldı ölən var VİDEO

Tərtərdə "VAZ-2107" markalı minik avtomobilinin traktorun kotanın

arrow Ətraflı
Hər gün plastik butulkadan su içənlər ildə 90 min əlavə mikroplastik hissəciyi udurlar like
  • 10 Yan 00:31  
Digərləri Hər gün plastik butulkadan su içənlər ildə 90 min əlavə mikroplastik hissəciyi udurlar

Kanadanın Konkordiya Universitetinin doktorantı Sara Sacedi tərəfindən apar

arrow Ətraflı
Məşhur aparıcı 32 kiloqram arıqladı: Sirrini açıqladı like
  • 10 Yan 00:19  
Digərləri Məşhur aparıcı 32 kiloqram arıqladı: Sirrini açıqladı

Tanınmış televiziya ulduzu Cozi Gibson qısa müddət ərzində xarici görü

arrow Ətraflı
“Ankara Qəzzada üzərinə düşəni yerinə yetirməyə hazırdır”  Hakan Fidan like
  • 10 Yan 00:10  
Digərləri “Ankara Qəzzada üzərinə düşəni yerinə yetirməyə hazırdır” Hakan Fidan

"Qəzzada sülh planının həyata keçirilməsi üçün rəsmi Ankara üz�

arrow Ətraflı
Günün qoroskopu: Köhnə vərdişlərdən qurtulmaq üçün özünüzdə güc tapacaqsınız like
  • 10 Yan 00:01  
Digərləri Günün qoroskopu: Köhnə vərdişlərdən qurtulmaq üçün özünüzdə güc tapacaqsınız

Son.az 10 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Avtomobil kanala aşdı  Keçmiş baş həkim öldü like
  • 09 Yan 23:58  
Digərləri Avtomobil kanala aşdı Keçmiş baş həkim öldü

Salyan rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Mahir Osmanov vəfat etdi like
  • 09 Yan 23:38  
Digərləri Mahir Osmanov vəfat etdi

Xəzər Dəniz Neft Donanmasının istifadəsində olan "Kopyor-315" g

arrow Ətraflı
30 yaşında aparat rəhbəri olan polkovnik kimdir – DOSYE like
  • 09 Yan 23:34  
Digərləri 30 yaşında aparat rəhbəri olan polkovnik kimdir – DOSYE

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) aparat

arrow Ətraflı
Məşhur müğənni ilə keçmiş nazirin yeni görüntüləri yayıldı like
  • 09 Yan 23:31  
Şou-biznes Məşhur müğənni ilə keçmiş nazirin yeni görüntüləri yayıldı

Məşhur müğənni Keti Perri ilə Kanadanın keçmiş baş naziri Castin Trüd

arrow Ətraflı
Kərə yağı bahalaşacaq? like
  • 09 Yan 23:18  
Digərləri Kərə yağı bahalaşacaq?

Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən d

arrow Ətraflı
Narkotikdən istifadə etdiyini etiraf etsə də, sərbəst buraxıldı like
  • 09 Yan 23:07  
Şou-biznes Narkotikdən istifadə etdiyini etiraf etsə də, sərbəst buraxıldı

Türkiyənin tanınmış sosial media fenomeni Şeyma Subaşı ilə bağlı apar

arrow Ətraflı
Rza Pəhləvi Trampa like
  • 09 Yan 23:00  
Digərləri Rza Pəhləvi Trampa

İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald T

arrow Ətraflı
Gəncədə maşınlar toqquşdu  Xəsarət alanlar var like
  • 09 Yan 22:56  
Digərləri Gəncədə maşınlar toqquşdu Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Miri Yusif rəqsi ilə gündəm oldu like
  • 09 Yan 22:45  
Şou-biznes Miri Yusif rəqsi ilə gündəm oldu

Xalq artisti Miri Yusif qızı Adellə birgə rəqs trendinə qoşulub.

arrow Ətraflı