30 yaşında aparat rəhbəri olan polkovnik kimdir – DOSYE
Digərləri 09 Yan 2026 23:34:00 84 0
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bu xəbəri də oxu: “Ankara Qəzzada üzərinə düşəni yerinə yetirməyə hazırdır” Hakan Fidan
Bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Kənan Elmar oğlu Əsədov DGK-nin aparat rəhbəri təyin edilib.
Son.az "Xəbərsiz"-ə istinadən xəbər verir ki, 30 yaşlı aparat rəhbərinin dosyesini təqdim edir:
Kənan Elmar oğlu Əsədov 1996-cı ildə Bakıda anadan olub.
2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olub. 2014-cü ildən Birləşmiş Krallığın Edinburq Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2015, 2016, 2017 ci illərdə müvafiq olaraq Ernst&Young, Deloitte&Touche, İnvestaz şirkətlərində işləyib.
2019 - cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlayıb.
2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunub. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilib.
2023-cü ilin mart ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə rəis təyin olunub.
2023-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.
2025-ci ilin dekabr ayından Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var. Son.az
Məşhur müğənni Keti Perri ilə Kanadanın keçmiş baş naziri Castin Trüd
Türkiyənin tanınmış sosial media fenomeni Şeyma Subaşı ilə bağlı apar
Xalq artisti Miri Yusif qızı Adellə birgə rəqs trendinə qoşulub.
BƏƏ aviaşirkətləri ölkədə davam edən etirazlar və internetin kəsilmə
Türk musiqisinin tanınmış siması Yıldız Tilbe qatıldığı televiziya pr
İranın Ali Lideri Əli Xamenei ölkədəki etirazlara münasibət bildirib.
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Texnologiyanın inkişafı və nəqliyyat vasitələrinin əlçatanlığı fizik
"A TAKSİ" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan
Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə yaşadığı insidentdən danı
Qış aylarında havalar kəskin soyuduqda bir çoxumuz dərhal kombinin dərəc
Xamenei İrandakı etirazçıların Trampın işinə yarımağa çalışdıqlar�
