Hər gün plastik butulkadan su içənlər ildə 90 min əlavə mikroplastik hissəciyi udurlar
Digərləri 10 Yan 2026 00:31:00 97 0
Kanadanın Konkordiya Universitetinin doktorantı Sara Sacedi tərəfindən aparılan yeni tədqiqat plastik butulkalardan su istifadəsinin insan orqanizmi üçün gözlənilməz fəsadlarını üzə çıxarıb. 140-dan çox elmi məqalənin təhlilinə əsaslanan araşdırma göstərir ki, gündəlik su tələbatını plastik butulkalardan qarşılayan insanlar, kran suyu və ya digər mənbələrdən istifadə edənlərlə müqayisədə hər il bədənlərinə orta hesabla 90 min əlavə mikroplastik hissəcik qəbul edirlər.
Bu xəbəri də oxu: Anar Mehdiyevə cinayət işi açıldı Yarım milyondan çox yeyinti
Son.az xəbər verir ki, normal şəraitdə insanlar qidalar və içməli su vasitəsilə ildə təxminən 39 min ilə 52 min arasında mikroplastik hissəcik qəbul edirlər. Lakin hər gün plastik butulkadan su içmək bu miqdarı demək olar ki, iki dəfə artırır. Mütəxəssis Sara Sacedi bildirir ki, plastik butulkalardan su içmək yalnız fövqəladə hallarda qəbul edilə bilər. Bunu gündəlik vərdişə çevirmək isə uzunmüddətli dövrdə ciddi sağlamlıq riskləri daşıyır. Xüsusilə aşağı keyfiyyətli plastiklərin günəş işığına, istiyə və ya fiziki təsirə məruz qalması bu hissəciklərin suya daha çox qarışmasına səbəb olur.
Mikroplastiklər ölçüsü 1 mikrometr ilə 5 millimetr arasında dəyişən hissəciklərdir, nanoplastiklər isə onlardan daha kiçik olduğu üçün adi gözlə görünmür. Bu zərrəciklər birbaşa qan dövranına keçərək həyati əhəmiyyətli orqanlara qədər çatır. Aparılan tədqiqatlar göstərir ki, mikroplastiklərin bədəndə toplanması xroniki iltihablanma, hormonal pozuntular, reproduktiv (çoxalma) funksiyaların zərər görməsi və sinir sistemi xəsarətləri kimi ağır nəticələrə yol aça bilər. Həmçinin, bu hissəciklərin bəzi xərçəng növləri ilə əlaqəli olduğu ehtimal edilir, lakin uzunmüddətli təsirlər hələ də tam öyrənilməyib.
Tanınmış televiziya ulduzu Cozi Gibson qısa müddət ərzində xarici görü
"Qəzzada sülh planının həyata keçirilməsi üçün rəsmi Ankara üz�
Son.az 10 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin (DGK) aparat
Məşhur müğənni Keti Perri ilə Kanadanın keçmiş baş naziri Castin Trüd
Türkiyənin tanınmış sosial media fenomeni Şeyma Subaşı ilə bağlı apar
Xalq artisti Miri Yusif qızı Adellə birgə rəqs trendinə qoşulub.
BƏƏ aviaşirkətləri ölkədə davam edən etirazlar və internetin kəsilmə
Türk musiqisinin tanınmış siması Yıldız Tilbe qatıldığı televiziya pr
İranın Ali Lideri Əli Xamenei ölkədəki etirazlara münasibət bildirib.
