Cəlilabad atlar və malqara oğurlanıb


Kriminal 10 Fev 2018 14:24:20 310 0

Cəlilabad atlar və malqara oğurlanıb

Cəlilabadda oğurluq hadisəsi baş verib.

Son.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakinləri Fazil Abdullayev, Şəmsəddin Kərimov və digər bir neçə nəfərə məxsus at və iribuynuzlu mal-qara son bir neçə gün ərzində həyətlərdən və otlaq sahəsindən aparılıb.

Zərərçəkmiş şəxslər deyib ki, kənddən ayrı-ayrı şəxslərə məxsus təxminən 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb.