Rusiya səfirindən Dağlıq Qarabağ AÇIQLAMASI:


Siyasət 09 Fev 2018 17:04:00 275 0

Rusiya səfirindən Dağlıq Qarabağ AÇIQLAMASI:

"Rusiya ABŞ və Fransa ilə birgə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəraitin yaradılması üçün hər şeyi edir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu erməni KİV-lərinə Rusiyanın bu ölkədəki səfiri İvan Volınkin deyib.

Səfir onu da əlavə edib ki, münaqişənin həlli ATƏT Minsk qrupunun məsuliyyət dairəsindədir, bununla belə, həmsədrlər yalnız vasitəçilik fəaliyyətini həyata keçirirlər: "Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın bu problemin həlli ilə bağlı konkret "resepti" yoxdur. Nizamlanma ilə bağlı yalnız Ermənistan və Azərbaycan razılığa gələ bilər. Rusiya isə ABŞ və Fransa ilə birgə lazımi şəraitin yaradılması üçün hər şeyi edir. Yekun qərar Bakı və Yerəvandan asılıdır".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində