Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib


Siyasət 09 Fev 2018 15:24:08 292 0

Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib

Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

"Report" xəbər verir ki, fevralın 9-da Kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub.

Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.