Təşviqat dövründə sosial şəbəklər diqqətdə saxlanılacaq VİDEO


Siyasət 08 Fev 2018 21:19:00 282 0

Təşviqat dövründə sosial şəbəklər diqqətdə saxlanılacaq  VİDEO

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iclasda 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 43 saylı Sumqayıt üçüncü, 67 saylı Cəlilabad şəhər seçki dairələrinin komissiyalarının tərkibində dəyişiklik edilib. İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçki ilə bağlı polis və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün geniş marifləndirici tədbirlər keçiriləcəcək. MSK sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanması üçün də göstəriş verib və xüsusən təşviqat dövründə sosial şəbəklərin diqqətdə saxlanılmasını vacib olduğunu bildirib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin: