YAP-ın sədr müavini: “Demokratiyanın inkişafında ciddi uğurlar əldə olunub”
Siyasət 08 Fev 2018 14:38:19 312 0
“Proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin sürətli inkişafına təkan verir”
“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, ölkədə işsizliyin və yoxsulluğun azalması, ciddi sosial proqramların icra olunması, infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin sürətli inkişafına təkan verir.
Ə.Əhmədov qeyd edib ki, demokratiyanın inkişafı, xarici siyasət, ordu quruculuğu, elm, mədəniyyət və digər sahələrdə ciddi uğurlar əldə olunub: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf edib, dövlətçilik ənənələri, demokratik təsisatları gücləndirilib, ölkənin beynəlxalq nüfuzu artıb, müdafiə qabiliyyəti ciddi şəkildə möhkəmləndirilib”.