YAP növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb - YENİLƏNİB


Siyasət 08 Fev 2018 11:06:00 293 0

YAP növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb - YENİLƏNİB

Partiyanın qurultayı keçirilir

Bakıda, Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı davam etdirilir.

“Report”un xəbərinə görə, çıxış edən işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev, YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva, Milli Məclisin deputatı Rəşad Mahmudov, Gəncə şəhərindən olan iş adamı Elnur Camalxanov, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, ADA Universitetinin tələbəsi Emil Aslanlı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs etdilər. Çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olundu.

Partiya sədri, Azərbaycanın hazırki Prezidenti İlham Əliyevin namizədliyi səs veməyə çıxarılıb və yekdilliklə qəbul olunub. Beləliklə, YAP növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb.

*** 09:02

Bakı. 8 fevral.