Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərmanda dəyişiklik edilib


Siyasət 07 Fev 2018 19:41:00 293 0

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərmanda dəyişiklik edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1832) 1-ci hissəsindən ikinci halda "Prezidenti yanında" sözləri çıxarılsın.