Dövlət Dumasında Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş sərgi açılıb


Siyasət 07 Fev 2018 13:40:13 341 0

Dövlət Dumasında Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş sərgi açılıb

Sərginin təntənəli açılışında Milli Məclisin sədri və Rusiya Dövlət Dumasının spikeri iştirak ediblər

 Dövlət Dumasında Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışı olub. 

Bu barədə "Report"un Rusiya bürosu xəbər verib.

Sərginin təntənəli açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin iştirak ediblər.

Ekspozisiyaya Azərbaycanın maddi və qeyri-maddi irsi - xalçalar, musiqi alətləri, ənənəvi naxış elementləri və s. daxildir.

Stendlər və interaktiv monitorlar Azərbaycanın və Rusiyanın zəngin tarixini əks etdirir.