MSK növbədənkənar Prezident seçkilərilə bağlı Təqvim planını təsdiqləyib


Siyasət 06 Fev 2018 16:24:00 285 0

MSK növbədənkənar Prezident seçkilərilə bağlı Təqvim planını təsdiqləyib

46464

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planının təsdiq edilməsi məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, Təqvim planı MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində Ekspert qrupunun yaradılması təklifi də səsə qoyularaq qəbul olunub.

İclasda namizədlərin qeydə alınması ilə bağlı təqdim olunan imza vərəqələrinin yoxlanılması üçün MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi məsələsi də müzakirə olunub. İşçi qrup yaradılıb, qrupa rəhbərlik MSK üzvü Etibar Quliyevə tapşırılıb.