“Cənab səfir, bizə cavab verin”


Digərləri 07 Yan 2026 16:37:00 86 0

“Cənab səfir, bizə cavab verin”

Azərbaycan Milli QHT Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, açıq məktub Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədardır.

"Biz - sıralarında yüzlərlə Azərbaycan QHT-sini birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, sizə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədar müraciət edirik.

Azərbaycan ictimaiyyətinin 2024-cü il dekabrın 25-də Qroznı səmasında "Pantsir-S1" hava hücumundan müdafiə kompleksindən buraxılan raketlərlə vurulmuş AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda, A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir.

Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir.

Bastrıkinin ört-basdır etməyə çalışdığı qanlı insident Azərbaycan xalqı üçün milli qürur məsələsidir. Biz susmayacağıq. Rusiya tərəfi Azərbaycandan üzr istəməklə, məsələni bağladığını düşünürsə, kökündən yanılır. Ortada olan qanlı cinayət faktı etiraf edilməli, günahkarların hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Beynəlxalq təcrübə və normal insani davranış yalnız bunu tələb edir.

Mülki təyyarənin vurulması Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına əsasən qadağandır. Bastrıkinin məktubu yenə də Çikaqo Konvensiyasına, xüsusən onun "Təyyarə insidentləri və onların araşdırılması" adlı 13 nömrəli Əlavəsinə ziddir. Bu faciə ört-basdır edilməməli, əksinə, onun tam araşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Aleksandr Bastrıkinin məktubunun mahiyyəti Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı səsləndirdiyi mövqedən açıq şəkildə fərqlənir və faktiki olaraq məsuliyyətdən boyun qaçırmağa hesablanmaqla, hüquqi və siyasi təxribatdır. 2025-ci il oktyabrın 9-da Düşənbədə Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə əlaqədar Rusiyanın hava hücumundan müdafiə sistemində texniki nasazlıqların olduğunu etiraf etmiş, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şeyin ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirmişdi.

Cənab səfir, bizə cavab verin: Rusiyanın bu məsələdə rəsmi mövqeyini kim ifadə edir: Prezident Vladimir Putin, yoxsa İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin? Azərbaycan Milli QHT Forumunun İdarə Heyətini qəbul etməyinizi, sualımıza cavab verməyinizi gözləyirik", - məktubda qeyd edilib.

Dərnəgül bazarına yeni rəhbər təyin ediləcək like
  • 07 Yan 16:35  
Digərləri Dərnəgül bazarına yeni rəhbər təyin ediləcək

"Dərnəgül Nəqliyyat Tikinti Ticarət" ASC-nin İdarə Heyətinə y

arrow Ətraflı
Partlayışda ölən SOCARın işçisi imiş  RƏSMİ like
  • 07 Yan 16:24  
Digərləri Partlayışda ölən SOCARın işçisi imiş RƏSMİ

"SOCAR Petroleum" QSC bu gün Qazaxda baş verən partlayışla bağl�

arrow Ətraflı
Həmin təyyarənin qara qutusu da zədələnib... like
  • 07 Yan 16:01  
Digərləri Həmin təyyarənin qara qutusu da zədələnib...

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya hey

arrow Ətraflı
Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı like
  • 07 Yan 15:52  
Digərləri Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı

"Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çox ciddi tə

arrow Ətraflı
İmmuniteti gücləndirən 3 əsas amil – mütəxəssis açıqladı like
  • 07 Yan 15:41  
Digərləri İmmuniteti gücləndirən 3 əsas amil – mütəxəssis açıqladı

"İmmunitetin güclənməsi üçün bir neçə əsas faktor nəzərə alın

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib like
  • 07 Yan 15:33  
Kriminal Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib

Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib.

arrow Ətraflı
“Nestle”nin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib like
  • 07 Yan 15:31  
Digərləri “Nestle”nin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib

"Nestle" şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar �

arrow Ətraflı
Şəkidə məktəbdə yanğın like
  • 07 Yan 15:24  
Digərləri Şəkidə məktəbdə yanğın

Şəkidə məktəb binasında yanğın olub.

arrow Ətraflı
Mərhum meyxanaçının qızının paylaşımı GÜNDƏM OLDU like
  • 07 Yan 15:23  
Şou-biznes Mərhum meyxanaçının qızının paylaşımı GÜNDƏM OLDU

Mərhum meyxanaçı Elnur Valehin qızının sosial şəbəkədə etdiyi paylaş

arrow Ətraflı
İmmunitetimizin zəiflədiyini necə bilək?  AÇIQLAMA like
  • 07 Yan 15:18  
Digərləri İmmunitetimizin zəiflədiyini necə bilək? AÇIQLAMA

"İmmunitet sistemi orqanizmi virus, bakteriya və digər zərərli mikroor

arrow Ətraflı
Qəssabdan "xeyriyyə" aksiyası: Məscidin qarşısında 3 min nəfərə donuz əti payladı like
  • 07 Yan 15:12  
Digərləri Qəssabdan "xeyriyyə" aksiyası: Məscidin qarşısında 3 min nəfərə donuz əti payladı

Türkiyədə bir qəssab atasının xatirəsinə məscidin qarşısında 3000 n�

arrow Ətraflı
"Dil siyasəti İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir" like
  • 07 Yan 15:03  
Siyasət "Dil siyasəti İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir"

"Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi f�

arrow Ətraflı
Cəbrayılda 40 yaşlı kişi minaya düşdü like
  • 07 Yan 14:40  
Digərləri Cəbrayılda 40 yaşlı kişi minaya düşdü

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-c

arrow Ətraflı
Qaxda yanacaq daşıyan avtomobildə güclü yanğın  Ölən var like
  • 07 Yan 14:33  
Digərləri Qaxda yanacaq daşıyan avtomobildə güclü yanğın Ölən var

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yan�

arrow Ətraflı