İmmunitetimizin zəiflədiyini necə bilək? AÇIQLAMA
Digərləri 07 Yan 2026 15:18:00 93 0
"İmmunitet sistemi orqanizmi virus, bakteriya və digər zərərli mikroorqanizmlərdən qoruyan mürəkkəb müdafiə mexanizmidir və onun zəifliyi həm tibbi müayinələrlə, həm də gündəlik həyatda müşahidə olunan bəzi əlamətlərlə özünü göstərə bilər".
Bu xəbəri də oxu: Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçd;
Son.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, immunitetin zəif olub-olmadığını dəqiq bilmək üçün qan analizləri, ağ qan hüceyrələrinin səviyyəsi, vitamin və mineral göstəriciləri yoxlanılır:
"Bundan əlavə, insan özündə tez-tez xəstələnmə, infeksiyaların ağır və uzunmüddətli keçməsi kimi hallar müşahidə edirsə, bu artıq immun sisteminin kifayət qədər güclü işləmədiyini göstərə bilər. Soyuqdəymə, qrip, boğaz ağrısı kimi xəstəliklərin tez-tez təkrarlanması, bədənin əvvəlki kimi tez toparlanmaması, uzun müddət davam edən halsızlıq və enerji çatışmazlığı immunitetin zəifləməsinin əlamətlərindəndir".
Mütəxəssis-ekspert bildirib ki, həmçinin dodaq uçuğunun tez-tez çıxması, ağızda aftalar, diş əti problemləri, dəridə yaranan infeksiyaların və kiçik yaraların belə gec sağalması da bədənin müdafiə qabiliyyətinin azaldığını göstərə bilər:
"Bununla yanaşı, həzm sistemində pozğunluqlar, tez-tez ishal, şişkinlik, iştahasızlıq, stressə qarşı həssaslıq, yuxu pozuntuları və ümumi psixoloji gərginlik də immun sisteminin zəifliyi ilə əlaqəli ola bilər. Belə əlamətlər uzun müddət davam edərsə və insanın gündəlik həyat keyfiyyətini aşağı salarsa, səbəbi aydınlaşdırmaq və mümkün ciddi problemlərin qarşısını almaq üçün həkimə müraciət etmək vacibdir".
Mina Mikayılova Son.az
Türkiyədə bir qəssab atasının xatirəsinə məscidin qarşısında 3000 n�
"Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi f�
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-c
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yan�
Əgər bu gün Ermənistan rəhbərliyi konstruktiv siyasət sərgiləyirsə, Az
Müğənni Aysun İsmayılova "Rəngarəng" verilişində qonaq olark�
"Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikl
"Kızılcık Şerbeti" serialında Fatih obraz canlandıran Doğukan G
Azərbaycan Taekvando Federasiyasının əməkdaşı, tanınmış jurnalist Zaur
Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 22 milyard 470,2 milyon manat
Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm
"Baku City Karting"də yeniyetmənin ölümü ilə nəticələnən qə
Əməkdar artist Gülüstan Əliyeva mərhum həyat yoldaşının vandalizmə m�
"Hyundai Motor Group" 2028-ci ildən etibarən avtomobil zavodlarında
