Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı


Digərləri 07 Yan 2026 15:52:00 99 0

Yuxusuzluq sizi xəstə edir: Həkimdən immunitet xəbərdarlığı

"Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çox ciddi təsir göstərir, bu təsir həm birbaşa, həm də dolayı mexanizmlərlə baş verir".

Son.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.

Qeyd edib ki, keyfiyyətli və kifayət qədər yuxu zamanı orqanizm infeksiyalara qarşı qoruyucu sitokinlər istehsal edir, T-hüceyrələrin və NK hüceyrələrinin fəaliyyəti artır, immun yaddaş daha sağlam işləyir. Bu isə virus və bakteriyalara qarşı müqavimətin yüksəlməsinə səbəb olur:

"Yuxu azaldıqda və ya qeyri-müntəzəm olduqda immun sistem zəifləyir, insan daha tez-tez xəstələnir, xəstəliklər daha uzun çəkir və xroniki iltihab riski artır. Bu zaman stress hormonu olan kortizol yüksəlir və immun cavabı basqılayır".

Terapevt nəzərə çatdırıb ki, davamlı olaraq gecə 6 saatdan az yatmaq immun müdafiəni nəzərəçarpacaq dərəcədə zəiflədir. Yuxu pozuntusu vitamin çatışmazlığını birbaşa yaratmasa da, onun əmələ gəlməsinə güclü zəmin yaradır:

"Yuxusuzluq həzm və sorulma proseslərini zəiflədir, bəzi vitamin və mineralların orqanizm tərəfindən istifadəsi azalır, hormonal balans pozulur. Gec yatıb gec duran insanlarda gün işığı ilə təmas azaldığı üçün xüsusilə D vitamini çatışmazlığı daha tez-tez müşahidə olunur".

Bildirib ki, stress və yuxusuzluq iştahanı dəyişdirir, qeyri-sağlam qidalara meyl artır və bu da B qrupu vitaminləri, maqnezium, dəmir balansının pozulmasına səbəb ola bilir:

"Maqnezium bu prosesdə həm səbəb, həm də nəticə rolunu oynaya bilər, çünki onun çatışmazlığı yuxu keyfiyyətini daha da pisləşdirir. Uzunmüddətli gecə növbələri, xroniki yuxusuzluq, davamlı psixoloji stress, yeniyetməlik, hamiləlik və yaşlılıq dövrlərində bu təsirlər daha güclü hiss olunur".

Qeyd edib ki, sağlam immun sistemi və düzgün vitamin balansı üçün yuxunun müddəti və rejimi çox önəmlidir. Müntəzəm olaraq 7-9 saat yatmaq, axşam saatlarında ekran istifadəsini azaltmaq, gecə kofeinli içkilərdən uzaq durmaq immun və ümumi sağlamlıq baxımından mühüm rol oynayır.

Mina Mikayılova Son.az

İmmuniteti gücləndirən 3 əsas amil – mütəxəssis açıqladı like
  • 07 Yan 15:41  
Digərləri İmmuniteti gücləndirən 3 əsas amil – mütəxəssis açıqladı

"İmmunitetin güclənməsi üçün bir neçə əsas faktor nəzərə alın

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib like
  • 07 Yan 15:33  
Kriminal Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib

Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib.

arrow Ətraflı
“Nestle”nin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib like
  • 07 Yan 15:31  
Digərləri “Nestle”nin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib

"Nestle" şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar �

arrow Ətraflı
Şəkidə məktəbdə yanğın like
  • 07 Yan 15:24  
Digərləri Şəkidə məktəbdə yanğın

Şəkidə məktəb binasında yanğın olub.

arrow Ətraflı
Mərhum meyxanaçının qızının paylaşımı GÜNDƏM OLDU like
  • 07 Yan 15:23  
Şou-biznes Mərhum meyxanaçının qızının paylaşımı GÜNDƏM OLDU

Mərhum meyxanaçı Elnur Valehin qızının sosial şəbəkədə etdiyi paylaş

arrow Ətraflı
İmmunitetimizin zəiflədiyini necə bilək?  AÇIQLAMA like
  • 07 Yan 15:18  
Digərləri İmmunitetimizin zəiflədiyini necə bilək? AÇIQLAMA

"İmmunitet sistemi orqanizmi virus, bakteriya və digər zərərli mikroor

arrow Ətraflı
Qəssabdan "xeyriyyə" aksiyası: Məscidin qarşısında 3 min nəfərə donuz əti payladı like
  • 07 Yan 15:12  
Digərləri Qəssabdan "xeyriyyə" aksiyası: Məscidin qarşısında 3 min nəfərə donuz əti payladı

Türkiyədə bir qəssab atasının xatirəsinə məscidin qarşısında 3000 n�

arrow Ətraflı
"Dil siyasəti İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir" like
  • 07 Yan 15:03  
Siyasət "Dil siyasəti İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir"

"Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi f�

arrow Ətraflı
Cəbrayılda 40 yaşlı kişi minaya düşdü like
  • 07 Yan 14:40  
Digərləri Cəbrayılda 40 yaşlı kişi minaya düşdü

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-c

arrow Ətraflı
Qaxda yanacaq daşıyan avtomobildə güclü yanğın  Ölən var like
  • 07 Yan 14:33  
Digərləri Qaxda yanacaq daşıyan avtomobildə güclü yanğın Ölən var

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yan�

arrow Ətraflı
"Məni 2 yaşımda atıb gedib, ailəm dağılanda axtarmayıb" like
  • 07 Yan 14:25  
Şou-biznes "Məni 2 yaşımda atıb gedib, ailəm dağılanda axtarmayıb"

Müğənni Aysun İsmayılova "Rəngarəng" verilişində qonaq olark�

arrow Ətraflı
Bakıda sahibsiz itlər kabusu: Təkcə bir qəsəbədə 65 adamı dişləyiblər like
  • 07 Yan 14:03  
Digərləri Bakıda sahibsiz itlər kabusu: Təkcə bir qəsəbədə 65 adamı dişləyiblər

"Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikl

arrow Ətraflı
"Fatih" sərbəst buraxıldı like
  • 07 Yan 13:57  
Şou-biznes "Fatih" sərbəst buraxıldı

"Kızılcık Şerbeti" serialında Fatih obraz canlandıran Doğukan G

arrow Ətraflı
Zaur Hüseynov istefa verdi like
  • 07 Yan 13:51  
Digərləri Zaur Hüseynov istefa verdi

Azərbaycan Taekvando Federasiyasının əməkdaşı, tanınmış jurnalist Zaur

arrow Ətraflı