ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana gələcək


Siyasət 02 Fev 2018 15:08:00 283 0

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana gələcək

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Azərbaycana səfərə gələcək.

Son.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən report-a verilən məlumata görə, Syu Saarnio Bakıda fevralın 15-də baş tutacaq Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının dördüncü iclasında iştirak edəcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncüsü isə ötən il fevralın 23-də baş tutub. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində