Türkiyədə dörd məşhurun narkotik testi müsbət çıxdı
Şou-biznes 06 Yan 2026 22:35:00 89 0
İstanbulda aparılan narkotik istintaqı çərçivəsində aralarında aktyorlar və sosial media fenomenlərinin də olduğu bir qrup məşhurun test nəticələri bəlli olub. Məhkəmə Tibbi Ekspertiza Qurumu tərəfindən götürülən nümunələrdə bəzi adların nəticəsi "müsbət", bəzilərinin isə "mənfi" çıxıb.
Bu xəbəri də oxu: "Fatih" sərbəst buraxıldı
Son.az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza Qurumunda saç və qan nümunələri analiz edilən aşağıdakı şəxslərin test nəticələrində "kokain" maddəsi aşkar edilib:
Melisa Döngel (Aktrisa)
Ezgi Eyüboğlu (Aktrisa)
Cihan Şensözlü (Hürriyet yazarı - hazırda həbsdədir)
Mümine Senna Yıldız (Sosial media fenomeni)
Gizem Türedi (Model)
Recep Men (Kikboksçu)
İsmail Ahmet Akçay, Yiğit Macit və Mehmet Ali Gül.
Fənərbağça İdman Klubunun prezidenti Sadettin Sarandan götürülən nümunələrdə fərqli nəticələr əldə olunub. Onun saç nümunəsində kokain testi pozitiv çıxdığı halda; qan, sidik və dırnaq nümunələrində nəticə mənfi olub. İstintaq çərçivəsində yoxlanılan digər iki məşhurun nəticələrində isə heç bir narkotik maddəyə rast gəlinməyib:
İrem Sak (Aktrisa)
Danla Biliç (Damla Aktepe - Sosial media fenomeni)
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhur simalara qarşı başladılan bu istintaq prosesi davam edir. Lalə Qüdrətova Son.az
Xəbər verdiyimiz kimi, Cəlilabadın Üçtəpə kəndində 22 yaşlı Şükran
Qışın soyuq günlərində səhər işə gedərkən avtomobilin şüşəsini b
Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallar
Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kənd
Smartfonların hər şeyi bir araya topladığı müasir dövrdə bəzi cihazlar
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən hərbi müd
Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi ərazilərində müşahidə o
Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibədə Qarab
2026-cı il numerologiyada "1-ci il" sayılır - yeni başlanğıclar�
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının M
Soba istifadə etmədən də sufle ləzzətini dadmaq istəyənlər üçün buxa
2026-cı ilin əvvəli bizə Qarabağ qələbəmizi emosiyalar və ya mövcud si
