Yol Polisi sürücülərə və piyadalara müraciət etdi
Digərləri 06 Yan 2026 21:19:00 79 0
Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi ərazilərində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib.
Bu xəbəri də oxu: Lənkəranda iki bacı dəm qazından zəhərləndi
Son.az xəbər verir ki, müraciətdə deyilir: "Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.
Sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürət həddini görünüş məsafəsinə uyğun seçmək, qəfil manevr və ötmələrdən çəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamaq tövsiyə olunub. Həmçinin zərurət olmadıqca dumanlı hava şəraitində səfərlərin təxirə salınması, dayanma və ya qəza zamanı isə qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edilməsi vurğulanıb.
Piyadalara isə yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük vermək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə edilib. Bildirilib ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağıraraq qeyd edib ki, bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər və təhlükəsiz yol hər kəsin birgə məsuliyyətidir. Son.az
Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibədə Qarab
2026-cı il numerologiyada "1-ci il" sayılır - yeni başlanğıclar�
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının M
Soba istifadə etmədən də sufle ləzzətini dadmaq istəyənlər üçün buxa
2026-cı ilin əvvəli bizə Qarabağ qələbəmizi emosiyalar və ya mövcud si
Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.
Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üzrə t�
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin
Azərbaycan İnvestisiya Holdinqində İctimaiyyətlə əlaqələr şöbəsinin
Əməkdar artist Dilarə Əliyeva "Afaqla onlar" verilişində qonaq o
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni t
Dövlət Gömrük Komitəsi "daşınar əşyanın sahibsiz hesab edilməsi&
