Sürücülərin kabusuna son: Şüşədəki buz saniyələr içində təmizlənəcək
Digərləri 06 Yan 2026 22:25:00 88 0
Qışın soyuq günlərində səhər işə gedərkən avtomobilin şüşəsini buzdan təmizləmək həm vaxt aparır, həm də yorucu olur. Bir çox sürücü buzqıran alətlərdən və ya isti sudan istifadə edir, lakin bu üsullar həm şüşəni cıza bilər, həm də temperatur fərqi səbəbindən şüşənin çatlamasına yol aça bilər. Mütəxəssislər isə saniyələr içində nəticə verən daha təhlükəsiz bir üsul təklif edirlər.
Bu xəbəri də oxu: Salyanda ağır qəza 9 nəfər xəsarət aldı
Son.az xəbər verir ki, şüşədəki buzu anında əritmək üçün sizə cəmi iki maddə lazımdır: Tibb spirti (izopropil spirt) və su.
Hazırlanma qaydası:
Bir sprey şüşəsinin 3/2 hissəsini spirtlə, 3/1 hissəsini isə su ilə doldurun.
Üzərinə bir neçə damcı qab yuyan maye əlavə etmək qarışığın təsirini daha da artıracaq.
Şüşəni yaxşıca çalxalayın.
Buzlanmış şüşənin üzərinə bu qarışığı püskürdün. Spirtin donma temperaturu sudan çox aşağı olduğu üçün buz saniyələr içində əriməyə başlayacaq. Sizə sadəcə rezin fırça və ya yumşaq bir bezlə əriyən buzu kənara itələmək qalacaq.
Bu üsul mexaniki təmizləmə zamanı yaranan cızıqların qarşısını alır.
Şüşəni təmizləmək üçün dəqiqələrlə gözləməyə və ya fiziki güc tətbiq etməyə ehtiyac qalmır.
Spirt şüşədə nazik bir təbəqə yaradaraq şüşənin yenidən tez buz bağlamasının qarşısını alır.
Donmuş şüşəyə qaynar və ya isti su tökmək şüşənin anidən partlamasına səbəb ola bilər.
Ən yaxşı nəticə üçün 70%-lik və ya daha yüksək dərəcəli spirtə üstünlük verin. Lalə Qüdrətova Son.az
Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallar
Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kənd
Smartfonların hər şeyi bir araya topladığı müasir dövrdə bəzi cihazlar
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən hərbi müd
Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi ərazilərində müşahidə o
Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibədə Qarab
2026-cı il numerologiyada "1-ci il" sayılır - yeni başlanğıclar�
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının M
Soba istifadə etmədən də sufle ləzzətini dadmaq istəyənlər üçün buxa
2026-cı ilin əvvəli bizə Qarabağ qələbəmizi emosiyalar və ya mövcud si
Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.
Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üzrə t�
