Məmmədyarov Lavrovla telefonla Qarabağ barədə danışıb


Siyasət 02 Fev 2018 11:32:29 241 0

Məmmədyarov Lavrovla telefonla Qarabağ barədə danışıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında 1 fevral tarixində telefon danışığı olub.

Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Son.az-a bildirib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana 6 fevral tarixində gəlmələri, 7 fevral tarixində isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

Səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hal-hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində