ATƏT-in fəaliyyətdə olan sədri: "Qarabağ münaqişəsində dayanıqlı həllə nail olmaq lazımdır"


Siyasət 01 Fev 2018 15:07:56 309 0

ATƏT-in fəaliyyətdə olan sədri: "Qarabağ münaqişəsində dayanıqlı həllə nail olmaq lazımdır"

Ancelina Alfano və Sergey Lavrov Moskvada bu münaqişənin həlli məsələsini müzakirə ediblər

"Dağlıq Qarabağ münaqişəsində dayanıqlı həllə nail olmaq lazımdır".

"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu münaqişənin həlli bugünkü görüşdə müzakirə olunub və bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın rolunu vurğulayıb.

A.Alfano bildirib ki, münaqişə Madrid prinsipləri əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunmalıdır.