Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı


Kriminal 01 Fev 2018 09:07:00 238 0

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 131 cinayət faktı qeydə alınıb, onların da 34-ü "isti izlər"lə açılıb.

Son.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.