Fransa prezidenti: “Münaqişə tənzimlənəndən sonra Qarabağa səfər edəcəm”


Siyasət 31 Yan 2018 14:31:05 256 0

Fransa prezidenti: “Münaqişə tənzimlənəndən sonra Qarabağa səfər edəcəm”

O deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərdən biri kimi münaqişə tərəflərinin dinlənilməsi siyasətini davam etdirəcək

“Münaqişə tənzimlənəndən sonra Qarabağa səfər edəcəm”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Fransadakı Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində bildirib.

O qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərdən biri kimi, münaqişə tərəflərinin dinlənilməsi siyasətini davam etdirəcək.