Gəncədə silahlı insident:


Kriminal 31 Yan 2018 11:03:00 265 0

Gəncədə silahlı insident:

Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb.

Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.