Muzey Musiqili Teatra təşəkkür məktubu göndərdi


Kriminal 30 Yan 2018 20:24:00 309 0

Muzey Musiqili Teatra təşəkkür məktubu göndərdi

Azərbaycan Dövlət Musiqili Teatrının solistləri yanvar ayının 25-i  Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyi münasibətilə keçirilən tədbirdə fəal iştirak etmişlər.  

Teatrın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin  direktoru Alla Bayramovanın teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanladığı təşəkkür məktubunda deyilir: "Hörmətli Əliqismət müəllim! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyi ilə əlaqədar tədbirdə  konsert proqramının hazırlanmasında rəhbərlik etdiyiniz teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Eleanora Mustafayeva, Əliməmməd Novruzov, Aydan Həsənova, Əmrah Dadaşov, Səməd Xasıyev, Şaban Cəfərov, Atəş Qarayev, konsertmestrlər Fidan Babayeva, Aysel Şahbazlı yüksək səviyyədə çıxış etmişlər. Buna görə şəxsən Sizə, adları çəkilən solist və musiqiçilərə təşəkkürümüzü bildiririk."

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin  direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın imzaldığı təşəkkür məktubunda qarşılıqlı əlaqələrin vacibliyi bir daha vurğulanır: "Ümidvarıq ki, musiqi mədəniyyətimizin inkişafı istiqamətində bundan sonra da bizimlə əməkdaşlığı davam etdirəcək, birgə fəaliyyətimizə dəstək olacaqsınız".