İtaliya ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə maksimum diqqət göstərməyi planlaşdırır


Siyasət 30 Yan 2018 12:13:00 272 0

İtaliya ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə maksimum diqqət göstərməyi planlaşdırır

İtaliya 2018-ci ildə ATƏT-ə sədrliyi çərçivəsində Dağlıq Qarabağ və ATƏT məkanındakı digər münaqişələrin nizamlanmasına maksimum diqqət göstərməyi planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində İtaliyanın xarici işlər naziri Ancelino Alfano deyib.

Nazir qeyd edib ki, bu məsələlər İtaliyanın ATƏT-ə sədrliyi zamanı prioritet vəzifələr olacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində