Səfir: "Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının tədarükü üçün qaz qovşağı ola bilər"


Siyasət 29 Yan 2018 13:22:00 263 0

Səfir: "Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının tədarükü üçün qaz qovşağı ola bilər"

Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının Avropaya tədarükü üçün qaz qovşağı ola bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstan mətbuatına müsahibəsində Azərbaycanın Sofiyadakı səfiri Nərgiz Qurbanova deyib.

Səfir deyib ki, 2020-ci ildən başlayaraq Azərbaycandan Bolqarıstana 1 milyard kubmetr qaz tədarük olunacaq: "Bu onu ifadə edir ki, Bolqarıstanda 1 milyona yaxın ev təsərrüfatı qazla təmin olunacaq".

N.Qurbanova onu da qeyd edib ki, Azərbaycan qazı Bolqarıstana "Cənub qaz dəhlizi" ilə birləşəcək IGB (Yunanıstan-Bolqarıstan interkonnektoru) vasitəsilə tədarük olunacaq.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti SOCAR-la "Şahdəniz-2" yatağından ildə bir milyard kubmetr qazın tədarük olunması barədə müqavilə imzalayıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində