Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb


Kriminal 29 Yan 2018 08:46:00 222 0

Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb

Haməlum şəxs küçədə ona bıçaqla hücum edib

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb.

Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.