Almaniyada çoxsaylı oğurluqda təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı


Kriminal 27 Yan 2018 17:57:00 252 0

Almaniyada çoxsaylı oğurluqda təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı

Almaniyada çoxsaylı oğurluq etmiş azərbaycanlı və gürcü saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, saxlanılan 43 yaşlı qadın və 46 yaşlı kişi Manheym şəhərində brend geyim və parfümeriya mağazalarından 5 dəfə oğurluq edib. Oğurlanmış əşyaların dəyəri 6800 avrodan çoxdur.

Saxlanılmış şəxslərin sonuncu oğurluğu nəzarət kameraları ilə qeydə alınıb və onlar cinayət başında tutulub. Onların evində axtarış zamanı oğurlanmış əşyalar aşkar olunub.