Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanıldı
Digərləri 04 Yan 2026 17:06:00 93 0
Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb.
Bu xəbəri də oxu: Maduronun tutulması neftin qiymətlərinə necə təsir göstərəcək? AÇIQLAMA
Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Belə ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.
O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H. Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.
H. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
Ekvatorial Qvineyanın paytaxtı təhlükəsizlik və logistikanın yaxşılaşd
Sabah yollarda gözlənilən vəziyyət açıqlanıb.
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum o
Ağ Ev administrasiyasının rəhbər müavini Stiven Millerin həyat yoldaşı
Azərbaycanda 1 oktyabr tarixinə inək və camışların sayı 1 milyon 217 min
Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən
Dekabrın 25-də dünyanı su basacağı iddiası ilə gündəmə gələn və ö
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-də aparılan əməliyyat zamanı ö
Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsi b
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqli
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə atası Məşəd
Böyük Britaniyanın Oksfordşir qraflığında, Bister şəhərində yerləş�
Hollivud ulduzu və reper Uill Smit ciddi ittihamlarla üzləşib. Onun barəsin
Xəbər verdiyimiz kimi, ötən gün Astarada ağır yol-nəqliyyat hadisəsi ba
