Məşhur reper ittiham olunur
Şou-biznes 04 Yan 2026 14:00:00 78 0
Hollivud ulduzu və reper Uill Smit ciddi ittihamlarla üzləşib. Onun barəsində cinsi təcavüz və işçisini qanunsuz işdən çıxarma iddiası qaldırılıb.
Bu xəbəri də oxu: Əməkdar artist tanınmaz halda
Son.az xəbər verir ki, 57 yaşlı aktyora qarşı iddia, onun gediş heyətinin üzvü, skripkaçı Brayan Kinq Cozef tərəfindən irəli sürülüb.
Müraciətdə bildirilir ki, Cozef 2024-cü ildə San-Dieqodakı konsert üçün Smit tərəfindən işə götürülüb və turne boyunca onunla əməkdaşlıq edib. Skripkaçının sözlərinə görə, əvvəlcə münasibət peşəkar xarakter daşıyıb, lakin sonradan aktyor şəxsi sərhədləri aşan ifadələr işlətməyə başlayıb. Cozef iddia edir ki, Smit ona "Səninlə başqaları ilə olmayan xüsusi bir bağım var" deyib və sonradan psixoloji təzyiq və manipulyasiya göstərib.
Hadisənin dönüş nöqtəsi 2025-ci ilin yazında Las-Veqasdakı turne zamanı baş verib. O, otağına qayıdanda içəridə nəm salfetlər, başqa bir şəxsin adına yazılmış HİV dərmanları və üzərində ürək şəkli ilə yazılmış, "Brayan, 5:30-dan gec qayıtmayacağam, yalnız ikimiz..." sözləri olan bir qeyd tapıb. Cozef həmin anda Smitin otaqda olduğundan şübhələndiyini bildirib.
O, hadisəni polisə və aktyorun komandası üzvlərinə xəbər verməsinə baxmayaraq, iddiasına görə heç bir araşdırma aparılmayıb. Əksinə, qısa müddət sonra Cozef işdən çıxarılıb və böhtan atmaqda günahlandırılıb. Bu proses onun həm psixoloji, həm də maliyyə baxımından çətinliklə üzləşməsinə səbəb olub.
İndi skripkaçı məhkəmə yolu ilə hüquqlarını qorumaq və kompensasiya tələb etmək niyyətindədir.
Xəbər verdiyimiz kimi, ötən gün Astarada ağır yol-nəqliyyat hadisəsi ba
Donald Tramp və ailəsinin sərvəti son hesablamalara görə təxminən 6,8 mi
Venesuelada ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ölən
İranda polis idarəsinə edilən hücum nəticəsində ölən və yaralananlar�
Beynəlxalq analitiklərin araşdırmalarına görə, dünyada sübut olunmuş n
Bu gün Ermənistanın Abovyan şəhərində, İrəvan yaxınlığında yerləş
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ Narkotiklərlə Mübarizə İdarəsi
Əməkdar artist Aybəniz Haşımova Xalq artisti Səidə Quliyeva ilə bağlı
Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması
Azərbaycanın bəzi bölgələrində artıq qar yağır, dağlıq və dağətə
Hindistanın Nepal sərhədinə yaxın ərazisində fil sürüsünün hücumu fa
Venesuelada dövlət başçısının səlahiyyətlərini icra edəcək müvəqq�
Azərbaycanda yanvarın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
