Camışların sayında kəskin azalma: Restoranlarda mal əti adı ilə təqdim olunur?
Digərləri 04 Yan 2026 15:40:00 77 0
Azərbaycanda 1 oktyabr tarixinə inək və camışların sayı 1 milyon 217 min 982 baş olub.
Bu xəbəri də oxu: Bu keksi hazırlamaq 3 gün çəkir: Səbr və ustalığın zirvəsi
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 320 baş, yaxud 1,40% azalma deməkdir. Ötən ilin eyni dövründə ölkədə 1 milyon 235 min 302 baş inək və camış qeydə alınmışdı.
Məlumata görə, sözügedən heyvanların 5 min 128 başı Bakının payına düşüb. Paytaxtda inək və camışların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 216 baş, yaxud 4,04% azalıb.
Ötən ilin eyni dövründə Bakıda bu göstərici 5 min 344 baş təşkil edib.
Camışlarının sayının azalması barədə müxtəlif mülahizələr var. İddialardan biri də odur ki, son zamanlar ətin bahalaşması səbəbi ilə camışlar kəsilib restoran və şadlıq evlərinə verilir.
Son.az xəbər verir ki, bu iddiaya münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, camışlarının baş sayının azalması onların ətlik istiqamətində kəsilməsi ilə bağlı deyil:
"Baxmayaraq ki, ət sevənlər çox zaman camış balasının - kəlçənin ətinə xüsusi maraq göstərirlər. Camış əti tərkibinə görə inək ətindən heç də keyfiyyətsiz deyil. Camışlar xəstəliklərə davamlıdırlar. Xüsusilə də, dabaq xəstəliyinə qarşı onlarda güclü immunitet var. Bundan əlavə, camışın yağı və qatığı yüksək kalorili və yağlı olur. Amma camışlar inəklərə nisbətən daha az süd verirlər. Ona görə də camışları saxlamaq kiçik təsərrüfatlar üçün rentabelli deyil".
Müsahib camışların baş sayının azalmasını təbii hal hesab edir:
"Çünki onların bəslənilməsi üçün şərait kasadlığı var. Camışları bəsləmək, inəklərdən xeyli çətindir. Xüsusilə yay aylarında bu problem daha da böyüyür. Çünki camışlar isti havalarda suda yatır. Su hövzəsi, gölməçəsi olmayan əraizdə də bu heyvanları isti havada saxlamaq çətin olur. Üstəlik camışları uzun müddət qapalı şəraitdə saxlamaq olmur. Bu heyvanlar daim təbiətdə olmağı xoşlayırlar. Təbii örüş sahəsi olmayan ərazilərdə camış bəsləmək mümkünsüzdür".
Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və verilməsindən
Dekabrın 25-də dünyanı su basacağı iddiası ilə gündəmə gələn və ö
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-də aparılan əməliyyat zamanı ö
Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsi b
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqli
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə atası Məşəd
Böyük Britaniyanın Oksfordşir qraflığında, Bister şəhərində yerləş�
Hollivud ulduzu və reper Uill Smit ciddi ittihamlarla üzləşib. Onun barəsin
Xəbər verdiyimiz kimi, ötən gün Astarada ağır yol-nəqliyyat hadisəsi ba
Donald Tramp və ailəsinin sərvəti son hesablamalara görə təxminən 6,8 mi
Venesuelada ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ölən
İranda polis idarəsinə edilən hücum nəticəsində ölən və yaralananlar�
Beynəlxalq analitiklərin araşdırmalarına görə, dünyada sübut olunmuş n
