“Zəng gəldi ki, uşağınızın vəziyyəti ağırdır”


Kriminal 26 Yan 2018 15:02:00 298 0

“Zəng gəldi ki, uşağınızın vəziyyəti ağırdır”

Salyan rayonunda iki gənc bıçaqlanıb. Son.az ARB TV xəbər verir ki, hadisə H.Əliyev prospektində baş verib. Belə ki,  Salyan sakini 20 yaşlı Məhərrəm Babayev üzərində gəzdirdiyi bıçaqla şəhər sakinləri - 20 yaşlı Nurməmməd Cəfərova 4, 22 yaşlı Toğrul Abdullayevə 7 bıçaq zərbəsi vuraraq qaçıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər və vəziyyətləri ağırdır. Şəlalə Abdullayeva - Toğrulun anası: "Xəstəxanadan zəng gəldi ki, uşağınızın vəziyyəti ağırdır. İkisinin də vəziyyəti ağır idi. 15 baş ailəni o uşaq saxlayırdı. Səbəbini bilmirəm". Hadisəni törədən Məhərrəm Babayevin gizlənmək niyyəti elə ürəyində qalıb. O, Salyan polisi tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbərə aid fotolar