Maşını qaçırıb başqa rayonda yandırdı


Kriminal 26 Yan 2018 14:06:02 248 0

Maşını qaçırıb başqa rayonda yandırdı

Yanvarın 25-də Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

DİN-dən Son.az-a verilən məlumata görə, araşdırmalarla saat 1 radələrində  Gəncə şəhər sakini Telman Pənahova məxsus "Ford Transit" markalı avtomobilin Havarlı kəndi ərazisindən qaçırılması məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Avtomobil saat 2 radələrində Ağdaş rayonunun Şıxlı kəndinin ərazisində yanan vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.