Azərbaycan qarşıdakı illərdə daha sürətlə inkişaf edəcək


Siyasət 25 Yan 2018 17:27:00 243 0

Azərbaycan qarşıdakı illərdə daha sürətlə inkişaf edəcək

Davosda beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat mövzusunda keçirilən 48-ci Dünya İqtisadi Forumu öz işini davam etdirir. Azərbaycan 1995-ci ildən müntəzəm olaraq bu Forumda iştirak edir. Davos İqtisadi Forumunda müzakirə olunan məsələlər hər zaman dünyanın diqqət mərkəzində olub. Dünya İqtisadi Forumu 1970-ci illərdə  yaranmış kiçik bir qrupdan hazırda 2000-dən çox iştirakçının təmsil olunduğu nəhəng təşkilata çevrilib. Forumun işində dünyanın aparıcı ölkələrinin dövlət və hökümət rəhbərləri, aparıcı şirkətlərin və 38 beynəlxalq təşkilatın rəhbərləri iştirak edir. Artıq Forumda təkcə iqtisadi deyil, siyasi məsələlərin də müzakirəsinə, o cümlədən, dünyanı narahat edən bir sıra mövzular ətrafında fikir mübadiləsi etmək imkan yaranıb.

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakını dəyərləndirərkən deyib.

Millət vəkilinin fikrincə, bu qlobal Forumda reytinqi getdikcə yüksələn Azərbaycan növbəti illərdə daha da inkişaf etmiş dövlətə çevriləcək:

"Forumun proqramına əsasən, prezident İlham Əliyev yanvarın 23-də "Strateji baxış:Avrasiya" mövzusunda keçirilən interaktiv iclasda çıxış edib. Mövzu ilə əlaqədar Prezident İlham Əliyev qonşu ölkələrlə münasibətlər barədə danışarkən qeyd edib ki, ərazilərimizin 20% -ni işğal etmiş Ermənistan istisna olmaqla Azərbaycanın bütün qonşuları ilə münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan gənc olmasına baxmayaraq, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olub və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan verib.

Bu siyasət nəticəsində Azərbaycan müstəqillik illərində bütün sahələrdə sürətli inkişafa nail olub və böyük uğurlar qazanıb. Azərbaycan Dünya İqtisadi Formunun reytinq cədvəlində də öz yerini möhkəmlədir və ildən-ilə irəliəyir. Ölkəmiz artıq ötən ilə nisbətən rəqabətlilik indeksinə görə dünyada 35 yerdədir. İqtisadiyatın inklüzivliyinə görə isə Azərbaycan 3-cü pillədə qərarlaşıb və bu da ölkəmizin qısa zaman ərzində inkişaf edən dövlətlər sırasına keçməsinə bir sübutdur. Əminəm ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha da sürətlə inkişaf edəcək və beynəlxalq aləmdə tutduğu mövqeyini daha da möhkəmləndirəcəkdir".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində