Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var
Digərləri 03 Yan 2026 14:42:00 78 0
Finlandiya sərhədçiləri Helsinki-Tallin arasında sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı Rusiyaya gedən yük gəmisini saxlayıb.
Bu xəbəri də oxu: Qızıl ucuzlaşdı
Son.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Saxlanılan gəmi Fitburg adlanır. Gəmi Sent-Vinsent və Qrenadanın bayrağı altında üzür. "MarineTraffic" məlumatına görə, gəmi Sankt-Peterburqdan çıxıb və İsrailin Hayfa limanına gedirmiş.
Gəminin heyətində Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Ümumilikdə heyətdə 14 nəfər var.
Gəmi Estoniyanın müstəsna iqtisadi zonası yaxınlığında, lövbər salmış vəziyyətdə aşkarlanıb.
Gəmidə axtarış aparılıb. Heyət üzvləri dindirilib. Finlandiya polisi bildirib ki, iki nəfər saxlanılıb. Daha iki nəfərə ölkədən çıxış qadağası qoyulub. Saxlanılanların vətəndaşlıqları açıqlanmır.
Gömrük orqanları daşıdığı yükləri yoxlamaq üçün müsadirə edib. Sanksiyaların pozulub-pozulmadığı araşdırılır.
Finlandiya polisi istintaqın davam etdiyini bildirir.
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəx
"Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətd
Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonla
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Venesuela müdafiə naziri Vladimir Padrino Lopesin Karakasdakı evinə zərbəl
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela Prezidenti Nikolas Maduro v�
ABŞ qüvvələrinin Venesuelanın parlament binasına zərbə endirdiyi bildiri
Naxçıvanda "Collabera" MMC-nin əməkdaşı şirkətin külli miqdar
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava
Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc
Yanvarın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
"Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması ü
