Hərbi qulluqçular üçün yeni qərar Kimə 5 aylıq, kimə 2 aylıq müavinət veriləcək?
Digərləri 03 Yan 2026 14:20:00 91 0
"Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Bu xəbəri də oxu: Zığ dairəsiHava Limanı yolunda sürət həddi bərpa edilib
Son.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, həqiqi hərbi xidmətdə (qulluqda) olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya ştatların ixtisarına görə hərbi xidmətdən buraxılan hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə beş aylıq vəzifə və rütbə maaşı həcmində işdənçıxarma müavinəti ödəniləcək.
Məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdənçıxarma müavinəti ödəniləcək.
Pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıq xidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbə maaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdənçıxarma müavinəti ödəniləcək.
Həmçinin, işdənçıxarma müavinəti hərbi qulluqçulara və ədliyyə orqanlarının orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə axırıncı vəzifəsi, hərbi və ya xüsusi rütbə üzrə maaşlardan, ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə axırıncı vəzifəsi üzrə verilən maaşdan hesablanacaq.
Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonla
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Venesuela müdafiə naziri Vladimir Padrino Lopesin Karakasdakı evinə zərbəl
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela Prezidenti Nikolas Maduro v�
ABŞ qüvvələrinin Venesuelanın parlament binasına zərbə endirdiyi bildiri
Naxçıvanda "Collabera" MMC-nin əməkdaşı şirkətin külli miqdar
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava
Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc
Yanvarın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
"Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması ü
Son günlər Azərbaycanda ictimaiyyət "Temu" onlayn alış-veriş pl
Bəzi bürclər digərləri ilə müqayisədə gizli pul tapmaq baxımından dah
