Müdafiə Nazirliyindən cəbhədə itkilər xəbəri ilə bağlı


Siyasət 25 Yan 2018 11:26:40 220 0

Müdafiə Nazirliyindən cəbhədə itkilər xəbəri ilə bağlı

Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur.

Bunu Son.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər.

Nazirlik bəyan edir ki, Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar:

"Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib".

Zabir Əsgərov Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində