Gecə klubundakı kütləvi dava ilə bağlı cinayət işi başlandı


Kriminal 24 Yan 2018 11:38:00 292 0

Gecə klubundakı kütləvi dava ilə bağlı cinayət işi başlandı

Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.