Hər gün törədilən cinayətlərin təxminən 20 faizinin üstü “isti izlər”lə açılır


Kriminal 24 Yan 2018 11:25:00 288 0

Hər gün törədilən cinayətlərin təxminən 20 faizinin üstü “isti izlər”lə açılır

Yanvarın 23-də sutka ərzində respublikanın daxili işlər orqanları tərəfindən 121 cinayət faktı qeydə alınıb, onların da 24-nün üstü "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.