DTX və XKX-dən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı SHXÇDX tərəfindən aparılmayacaq


Siyasət 24 Yan 2018 08:31:04 324 0

DTX və XKX-dən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı SHXÇDX tərəfindən aparılmayacaq

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydasında dəyişikliklər edilib

“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib.

“Report” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən deyil, həmin orqanlar tərəfindən aparılacaq.