Gizlicə evə girdi, soyun dedi və kəndin içində... İmişlidə 45 yaşlı kişidən 2 uşaq anasına qarşı BİABIRÇI ƏMƏL


Kriminal 23 Yan 2018 11:40:00 297 0

Gizlicə evə girdi, soyun dedi və kəndin içində...  İmişlidə 45 yaşlı kişidən 2 uşaq anasına qarşı BİABIRÇI ƏMƏL

İmişli rayonunda iki uşaq anasına təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Cavid İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cavid İmanov yaşadığı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki evindən 1500 metr aralıda yerləşən evdə ərindən ayrılmaqla iki azyaşlı uşaqları ilə yaşayan Aydan Babayeva (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib.

İşığı kəsdi

Bu məqsədlə Cavid İmanov 19 aprel 2017-ci il tarixdə, saat 22.30-da sərxoş vəziyyətdə olan zaman Aydan Babayeva ilə cinsi əlaqəyə girmək niyyətini həyata keçirmək istəyib.

O, ilk öncə, hər hansı bir şəxs tərəfindən müşahidə olunmamasından ötrü Aydan Babayevanın evinə gedən elektrik enerjisi xəttini sayğacdan ayırıb.

Hədə-qorxu

Daha sonra Cavid İmanov evin açıq pəncərəsindən mənzilə daxil olmaqla yataq otağına keçib. Orada yatmağa hazırlaşan Aydan Babayevaya cinsi əlaqədə olmağı təklif edib, səsini çıxaracağı təqdirdə ona və uşaqlarına zor tətbiq edəcəyini deyib. Cavid İmanov qadını hədələyərək səsini çıxarmamağı tapşırandan sonra soyunmağa başlayıb.

Təcavüzə uğrayan qadın

Cavid İmanov şalvarını soyunan zaman Aydan Babayeva otağın pəncərəsindən özünü həyətə atıb. O, Aydan Babayevanı saxlamaq üçün sonuncunun əynindəki xalatdan tutub. Lakin Aydanın xalatının cırılması ilə əlaqədar o, buna nail ola bilməyib.

Səs-küy və şikayət

Daha sonra Cavid İmanov da özünü qadının arxasınca pəncərədən həyətə ataraq, onu təxminən 70 metr təqib edib. Bu zaman Aydan Babayevanın səs-küyünə gələn qəsəbə sakinlərinin onu görüb ifşa edəcəklərindən çəkinərək təqibi dayandırıb, oradan qaçaraq gizlənib.